Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan "Məktəblərin valideynlər qarşısında illik hesabatı" layihəsi davam edir.
Layihənin keçirilməsində məqsəd valideyn və məktəb əməkdaşlığını gücləndirmək, valideynlərin tədris prosesində aktiv iştirakını təmin etməkdir.
Bu məqsədlə sentyabrın 12-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəbində valideynlərlə görüş keçirilmişdir.
Görüş zamanı 2023-2024-cü tədris ilində görülmüş işlər və həyata keçirilən layihələr barədə valideynlərə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Eyni zamanda, yeni tədris ilində qarşıda duran hədəflər müzakirə edilmiş və görüş iştirakçılarına məktəbdə tətbiq olunacaq layihələr barədə məlumat verilmişdir.




Yeni Şərh